31 Avqust 2024 18:00
122
HADİSƏ

Gəncədə ictimai nəqliyyatda qeyri-etik hərəkətlər edən şəxs həbs edildi

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ictimai nəqliyyatda qeyri-etik hərəkət edən şəxsin kimliyi müəyyən edilib.

Bu barədə Adalet.az-a DİN-in Mətbua Xismətinin Gəncə regional qrupunun baş inspektoru, Eşqin Qasımov məlumat verib.

O bidlirib ki, Şəhər sakini N. Həsənov barəsində toplanılmış material aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə 10 sutka müddətinə inzibati qaydada həbs edilib.