30 Avqust 2024 18:13
255
HADİSƏ

Suraxanıdakı yanğına görə bağlanan yollar açıldı - YENİLƏNİB

Suraxanı rayonu ərazisində baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi- Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərəzindən bildirilib.

*** 15:27

Suraxanı rayonunda baş verən yanğın səbəbindən yolda hərəkət məhdudlaşdırılıb.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərəzindən bildirilib.

"Suraxanı rayonunda baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi - Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib", - məlumatda qeyd olunub.