AFFA Müşahidə Şurası ideyasından imtina etdi
Misli brendi Premyer Liqamıza sponsor olduqdan sonra bütün klublarda Müşahidə Şurasının yaradılması məsələsi gündəmə gəlib.
Qol.az-ın əldə etdiyi məlumata görə, ilk gündən AFFA tərəfindən klublarda Müşahidə Şurası yaradılması fikri irəli sürülüb. Bu, sponsor şirkət tərəfindən hər bir kluba 3 milyon manatın veriləcəyi ilə bağlı olub.
Lakin ideya heç də bütün klublar tərəfindən dəstək qazanmayıb. Məsələn, “Qarabağ” Müşahidə Şurasının yaradılmasının və AFFA-nın nümayəndəsinin klubda təmsil olunmasının əleyhinə çıxıb.
Saytımıza daxil olan xəbərə görə, 2 gün əvvəl AFFA rəsmiləri ilə klub nümayəndələri arasında görüş keçirilib. Yekunda bütün klublarda müşahidə şurası yaradılması ideyasından imtina olunub.
Hazırda sponsor şirkət tərəfindən klublara ayrılacaq 3 milyon manata nəzərətlə əlaqədar digər hüquqi mexanizmlər barədə düşünülür.
Digər Xəbərlər
18 Sentyabr 2026 18:48
“Onları “Real”a gətirmək istərdim” - Mbappe
18 Sentyabr 2026 17:55
Türkiyə millisinin heyəti açıqlandı
18 Sentyabr 2026 15:35
FIFA Qavinin cəzası ilə bağlı qərar verdi
18 Sentyabr 2026 10:12
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
18 Sentyabr 2026 10:09
Formula 1 vaxtı bir çox əsas yollar müəyyən saatlarda açıq olacaq
18 Sentyabr 2026 09:21
Avropa Liqası: "Beşiktaş" qələbə qazandı - VİDEO
17 Sentyabr 2026 11:24
Formula 1 gələn il Türkiyədə bu tarixdə baş tutacaq
17 Sentyabr 2026 09:11


Bakı -°C

