Rəsul Quliyevin ailə üzvləri 30 il sonra Bakıda - FOTOLAR + VİDEO
Azərbaycan Respublikası Milli Məclisinin ilk sədri Rəsul Quliyevin ailə üzvləri 30 ildən sonra ilk dəfə Azərbaycana səfər edib.
Adalet.az xəbər verir ki, bu barədə Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu məlumat verib.
Səfər proqramının startı olaraq Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın və digər dövlət xadimlərinin, ziyalıların, şəhidlərin məzarları ziyarət olunub.
Rəsul Quliyevin qızı Xanım Hənna da Bakı səfəri ilə bağlı təəssüratlarını bölüşüb:
"30 ildən sonra ailə üzvlərimlə birlikdə vətənimiz Azərbaycana gəldik. Gözəl Bakımızdayıq. Səfərimizin ilk gününü Fəxri Xiyabanı ziyarətlə başladıq. Müstəqil Azərbaycanımızın qorunub-saxlanılmasında, güclənməsində müstəsna xidmətləri olmuş mərhum Prezidentimiz Heydər Əliyevin, həyat yoldaşı görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın və digər görkəmli dövlət xadimlərinin, ziyalıların, xüsusi hörmət bəslədiyimiz digər şəxsiyyətlərin məzarlarını ziyarət etdik. Ardınca bizlərə məğrurluq, qürur, iftixar və qələbə hisslərini yaşatmış müqəddəs şəhidlərimizin əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət etdik. Çox xoşbəxtəm. Bakımızı 30 ildən sonra kəşf etmək, həyata keçirilmiş quruculuq, abadlıq işləri ilə tanış olmaq, paytaxtımızı müasir və inkişaf etmiş görmək çox qürurvericidir. Deməliyəm ki, dünyanın ən məşhur paytaxt şəhərlərində olmuşuq, lakin bizim paytaxtımız təkcə təmizliyi ilə deyil, zövq və gözəlliyi ilə də onların hamısından öndədir.
Başda müzəffər Ali baş komandan, Prezident İlham Əliyev olmaqla, hər kəsə dərin təşəkkürlərimizi bildiririk. Təşkil olunmuş yüksək qonaqpərvərliyə görə isə ayrıca minnətdarıq. Hər bir azərbaycanlı kimi fəxr edirik ki, biz azərbaycanlıyıq".
Digər Xəbərlər
08 Noyabr 2025 08:59
Şuşanın azadlığının 5-Cİ İLİ...
07 Noyabr 2025 17:52
Milli Qəhrəman adı verilən Vaqif Qurbanov haqqında maraqlı faktlar
07 Noyabr 2025 16:51
Toyunda özünə şəhidlik arzulayan qəhrəman - Əfsanəvi kəşfiyyatçı Pəncəli Teymurov
07 Noyabr 2025 16:39
Avtobus kiçik, interval böyük – Sakinlər narazılıq edir
07 Noyabr 2025 13:59
"Sovetski"də dövlət tərəfindən qorunacaq obyektlərin təyinatı məlum oldu
06 Noyabr 2025 14:35
Ailəvi istirahət mərkəzindəki quşlar aidiyyəti üzrə təhvil verildi
06 Noyabr 2025 14:33
Avtobus marşrutlarına onlayn bilet satışı artıb
06 Noyabr 2025 14:07


Bakı -°C

