Ağcabədidə əl qumbarası partladı: Bir ailənin 5 üzvü öldü - YENİLƏNİB
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən parlayışın baş verməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
***
Ağcabədidə əl qumbarası partlaması nəticəsində ölən və yaralananların kimliyi məlum olub.
Adalet.az xəbər verir ki, hadisə zamanı Quliyeva Fatimə, Quliyev Bəhruz, Məmmədli Məhəmməd, Məmmədli Murad, Quliyev Şamiq həlak olublar.
Məmmədli Ülviyyə, Quliyeva Aysun, Quliyev Natiq isə yaralanıb.
Əlavə edək ki, qumbaranın K.Məmmədovun nəvəsi tərəfindən zibillikdən tapılaraq evə gətirildiyi iddia edilib.
12:34
Ağcabədidə əl qumbarası partlayıb.
Adalet.az xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.
Hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanıb.
Digər Xəbərlər
27 Yanvar 2026 16:30
General Aydəmirovun tanınmış həkim qardaşı vəfat etdi - FOTO - YENİLƏNİB
27 Yanvar 2026 14:16
Azərbaycanda hakim vəfat etdi
27 Yanvar 2026 08:36
Səfirliyimizə terror hücumundan ÜÇ İL ÖTÜR
26 Yanvar 2026 18:54
Bakıda qadın uşaqlarını gözəllik salonunda qoyub qaçdı - VİDEO
26 Yanvar 2026 17:52
Maşın təmiri sexindəki yanğın söndürüldü - YENİLƏNİB
26 Yanvar 2026 17:48
Bakıda yük avtomobilinin təkərləri yerindən çıxdı - VİDEO
26 Yanvar 2026 17:08
ANAMA-nın əməkdaşı vəfat etdi - FOTO - YENİLƏNİB
26 Yanvar 2026 09:39


Bakı -°C

