Ağdam–Xankəndi dəmir yolunda işlərin 44 faizi tamamlandı
Azərbaycan Dəmir Yolları (ADY) Qarabağda inşa olunan Ağdam-Xankəndi dəmir yolu xətti üzrə tikinti işlərini davam etdirir.
Adalet.az xəbər verir ki, ADY-nin yaydığı məlumata əsasən, layihələndirmə işlərinin təxminən 90 faizi, tikinti-quraşdırma işlərinin isə 44 faizə yaxını tamamlanıb.
Bildirilib ki, ümumi uzunluğu 30,8 kilometr olan dəmir yolu xətti boyunca 130 mühəndis qurğusunun inşası nəzərdə tutulur. Bunlara 6 körpü, 5 avtomobil alt keçidi, 2 piyada keçidi və 47 ehtiyat keçid daxildir.
Məlumata görə, xətt üzərində yerləşəcək Əsgəran və Xocalı dəmir yolu stansiyalarının konsept layihələri artıq hazırdır. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində isə tikinti işləri davam etdirilir.
Qeyd olunub ki, Ağdam-Xankəndi dəmir yolu xəttinin istismara verilməsi Qarabağda nəqliyyat əlçatanlığının genişlənməsinə, bölgənin sosial-iqtisadi inkişafına və Bakı-Xankəndi istiqamətində sərnişin daşımalarının, eləcə də "Böyük Qayıdış" prosesinin daha da sürətlənməsinə töhfə verəcək.
Digər Xəbərlər
26 Avqust 2026 17:22
Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunda - FOTOLAR
26 Avqust 2026 16:34
Mehriban Əliyeva qızı ilə açılışda - FOTOLAR
26 Avqust 2026 12:19
Qayıdan xatirələr...
26 Avqust 2026 11:14
Bu ərazilərdə olan evlərə maraq azalıb - VİDEO
26 Avqust 2026 00:23
Bu gün Laçın Şəhəri Günüdür
25 Avqust 2026 17:40
Bakıda yol ötürücülərinin və körpülərin texniki vəziyyəti yoxlanılır
25 Avqust 2026 12:42
"Böyük Köç" DAVAM EDİR: Bu dəfə Qırmızı Bazar və Quzeyxırmana
23 Avqust 2026 21:17


Bakı -°C

