adalet.az header logo
  • Bakı -°C
05 Oktyabr 2026 11:45
73
GÜNDƏM
A- A+

"Ağdam yenidən Azərbaycanın aqrar mərkəzlərindən birinə çevrilir" - Emin Hüseynov

Ağdam yenidən Azərbaycanın aqrar mərkəzlərindən birinə çevrilir.

Adalet.az xəbər verir ki, bunu Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində təşkil olunmuş "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bugünkü festival böyük rəmzi məna daşıyır: "30 il işğal altında qalmış, yerlə-yeksan edilmiş Ağdam Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərdən sonra yenidən dirçəlir. Böyük Qayıdış davam edir. İnsanlar doğma yurdlarına qayıdır, şəhər və kəndlərimiz yenidən qurulur. Bu gün isə Ağdam ölkənin aparıcı aqrar şirkətlərini, sahibkarlarını və fermerlərini bir araya gətirən məkana çevrilib. Aqrar Biznes Festivalları qısa müddətdə fermerlərlə alıcılar, sahibkarlarla dövlət qurumları arasında mühüm ünsiyyət-əməkdaşlıq platformasına çevrilib.  Ağdam tarixən Qarabağın ən bərəkətli ərazilərindən biri, Azərbaycanın aparıcı kənd təsərrüfatı rayonu olub. İnanıram ki, bugünkü festival bu zəngin potensialın yenidən reallaşdırılmasına, yeni tərəfdaşlıqların yaranmasına, investisiya layihələrinin icrasına töhfə verəcək".