Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Adalet.az xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğlu enerji içkilərinin həddindən artıq istehlakının uşaqlar və yeniyetmələr üçün təhlükəli olduğunu bildirib.
Həkimin sözlərinə görə, enerji içkilərindəki yüksək kofein yuxusuzluq, əl titrəməsi, narahatlıq, ürəkdöyünmə və reflüks kimi problemlərə səbəb ola bilər. Kofeinin beyində qan damarlarının daralmasına gətirib çıxara biləcəyi də qeyd olunub.
Kurtoğlu bildirib ki, kofeinlə yanaşı, enerji içkilərinin tərkibində jenşen və quarana kimi stimullaşdırıcı maddələr də olur. Bu maddələrin həddindən artıq qəbulu ürək ritminin pozulması və arterial təzyiqin yüksəlməsi kimi problemlər yarada bilər.
Mütəxəssis enerji içkilərinin tərkibindəki yüksək şəkər miqdarının da sağlamlıq üçün risk yaratdığını vurğulayıb. Fruktoza və saxarozanın həddindən artıq istehlakı piylənmə və qaraciyərin yağlanmasına səbəb ola, uzun müddətdə isə 2-ci tip diabet riskini artıra bilər.
Həkim həmçinin enerji içkilərindəki turşuların diş minasına zərər verə və reflüks şikayətlərini artıra biləcəyini bildirib.
Digər Xəbərlər
25 Oktyabr 2026 13:00
Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq: İçmədən əvvəl 2 dəfə düşünün
24 Oktyabr 2026 15:00
Payızda bu qidaları süfrənizdən əskik etməyin
24 Oktyabr 2026 12:24
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
23 Oktyabr 2026 09:23


Bakı -°C

