15 Oktyabr 2024 15:41
144
HADİSƏ

Ağdaşda kanalda batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

“Yuxarı Şirvan” kanalının Ağdaş rayonunun, Ərəbocağı kəndi ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.

Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

14:12

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Ərəbocağı kəndi ərazisindən keçən hissəsində “Lada” markalı minik avtomobilinin kanala düşməsi barədə məlumat daxil olub.

Adalet.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

    Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

    Əlavə məlumat veriləcək.