İrandan narkotik gətirib satan şəxs saxlanıldı - VİDEO
Naxçıvan MR DİN-in Cinayət Axtarışı İdarəsinin və Sədərək rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Sahil Əsədov saxlanılıb.
Adalet.az xəbər verir ki, onun üzərinə baxış zamanı külli miqdarda marixuana və metamfetamin aşkarlanaraq götürülüb.
Araşdırma zamanı S.Əsədovun İrandan qanunsuz olaraq müxtəlif yollarla əldə etdiyi narkotik vasitələrin satışını təşkil etdiyi məlum olub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
15 Oktyabr 2024 14:06
Beyləqanda məktəbli bıçaqlandı - 7-ci sinif şagirdi saxlanıldı
15 Oktyabr 2024 12:17Evdən qızıl oğurlayan şəxs saxlanıldı
15 Oktyabr 2024 10:38Bank kartından 2000 manat oğurlayan şəxs saxlanıldı
15 Oktyabr 2024 09:36Cinayətdə şübhəli bilinən 31 nəfər saxlanıldı
14 Oktyabr 2024 19:26