15 Oktyabr 2024 14:06
137
KRİMİNAL

Beyləqanda məktəbli bıçaqlandı - 7-ci sinif şagirdi saxlanıldı

Beyləqanda məktəblilər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

Adalet.az xəbər verir ki, hadisə Beyləqan şəhəri ərazisində qeydə alınıb. Beyləqan rayon 2 saylı məktəbin 11-ci sinif şagirdi H. Hüseynov həmyerlisi 7-ci sinif şagirdi H. Qasımlı tərəfindən bıçaqlanıb.

    Hadisə dərsdən sonra baş verib. H.Qasımlı polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.APA