135 min manatlıq dələduzluq edən şəxs həbs olundu
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon sakini olan bir nəfərə qarşı dələduzluq etməkdə təqsirli bilinən Ziya Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, araşdırmalar zamanı həmin şəxsin zərərçəkənin etibarından istifadə edərək onunla şərikli biznes quracağı barədə yalan vədlər verdiyi və 135150 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Z.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
Digər Xəbərlər
07 Oktyabr 2026 12:06
“Kriminal küçələrdən evlərə, ailələrin içinə sıçrayıb”
07 Oktyabr 2026 08:53
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
06 Oktyabr 2026 12:24
Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı
06 Oktyabr 2026 11:47


Bakı -°C

