Ağdərə rayon ictimaiyyətindən Prezidentə MÜRACİƏT
Ağdərəlilərin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə müraciəti
Hörmətli Prezidentimiz!
Əvvəlcə, Azərbaycan ərazisinin düşmənlərdən azad edilməsi ilə bağlı hərbi və siyasi platformalarda qazandığınız uğurlara görə, Sizi təbrik edirik! 30 ildir yurduna həsrət qalmış, sizin və başçılıq etdiyiniz qüdrətli ordunun uğurları sayəsində tezliklə yurduna dönməyin xəyallarını quran bütün köçkünlər adından Sizə səmimi qəlbdən minnətdarlığımızı bildirirk!
Hazırda sevincimizin həddi-hüdudu yoxdur!15 oktyabrda Azərbaycan Bayrağını Ağdərə şəhərində ucaltmağınız və son günlər rayonun yenidən bərpa edilməsi qərarınız ağdərilərə heç vaxt yaşamadığı hissləri yaşadır! Ordumuz da, dövlətimiz də etibarlı əllərdə olduğu üçün biz də tezliklə öz doğma ocaqlarımıza qayıtmaq ovqatındayıq.
Hörmətli Prezidentimiz!
Ağdərə rayonunun ziyalıları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi və Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi təşkilatlarının üzvləri, eləcə də ümumilikdə rayonun bütün əhalisi, Sizə bir arzu-diləyimizi bildirmək istəyirik! Biz Tərtər rayonunun sol vadisində ( Tərtəçayın solunda) olan böyük düzənlikdə "Heydərabad"adlı bir şəhərin salınmasını Sizdən xahiş edirik. Çünki Tərtərçay üzərində 143 min 500 hektar sahəni suvara biləcək həcmi 565 milyon kubmetr olan Sərsəng su anbarı su elektrik stansiyası ilə birlikdə, həcmi 5,86 milyon kubmetr olan Madagiz su anbarı, Tərtərçay magistral kanalları ümummilli lider Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə tikilib başa gəlib! Həmin layihələrdən sonra Qarabağ camaatının sosial rifahı, yaşayış tərzi yüksəldi. Bərəkətli Qarabağ torpaqları adıgedən su anbarı və kanalları vasitəsilə gülüstana çevrildi.
Ümumilli lider Heydər Əliyev kursunun bacarıqlı və səriştəli davamçısı olaraq Siz - Ali Baş Komandan İlham Əliyev cənabları ,yurdumuzu düşmənlərdən azad edib, bizi minnətdar duyğusu ilə baş-başa qoymusunuz! Sözün həqiqi mənasında Sizin kimi bir fatehin varlığı bizə qürur və fəxr duyğusu verir. Odur ki, rayon əhalisinin yekdil qərarına əsasən Heydərabad şəhərinin tikilməsi ilə bağlı müraciətimizi məqsədəuyğun hesab edərək müsbət qarşılamağınızı sizdən xahiş edirik!
Hörmətli Prezidentimiz! Biz sizinlə fəxr edirik! Sizə güvənirik!
Hörmətlə:Ağdərə rayonun ziyalıları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi və Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi təşkilatlarının üzvləri və rayon əhalisi
Digər Xəbərlər
24 Sentyabr 2026 12:19
FHN təlim keçirdi - VİDEO
24 Sentyabr 2026 10:36
Azərbaycanda hərbçilərin maaş və pensiyaları artırılır
24 Sentyabr 2026 10:28
Formula 1-lə əlaqədar metroda iş saatı uzadılacaq
24 Sentyabr 2026 10:25
"Beynəlxalq təhlükəsizlik sistemi dərin keçid dövrü yaşayır" - Əli Nağıyev
23 Sentyabr 2026 20:16
“Birliyin Gücü - 2026" təlimindən - FOTOLAR + VİDEO
23 Sentyabr 2026 17:07
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
23 Sentyabr 2026 16:38
Əfvin icrası BAŞA ÇATDI - YENİLƏNİB
23 Sentyabr 2026 15:55


Bakı -°C

