“Birliyin Gücü - 2026" təlimindən - FOTOLAR + VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib.
Adalet.az xəbər verir ki, iştirak edən bölmələrin qərargah fəaliyyətinin, o cümlədən komandirlərin qərarqəbuletmə və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən məşqlərdə qərargahların müəyyən edilmiş ərazilərdə açılaraq yerləşdirilməsi, maskalanması və fəaliyyətlərinin təşkili üzrə tədbirlər həyata keçirilib.
Təlimdə icra olunacaq epizodlara uyğun olaraq Xocavənd rayonunda yerləşən "Qızılqaya", Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim mərkəzlərində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim sahəsində komandirlər tərəfindən yaranmış vəziyyətin qiymətləndirilməsi, təhlili və qərarların qəbul edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Məşqlərdə əsas diqqət iştirakçı ölkələrin hərbi qulluqçuları tərəfindən tapşırıqların birgə icrası zamanı qarşılıqlı uzlaşmanın effektivliyinin artırılmasına yönəldilib.
Digər Xəbərlər
23 Sentyabr 2026 17:07
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
23 Sentyabr 2026 16:38
Əfvin icrası BAŞA ÇATDI - YENİLƏNİB
23 Sentyabr 2026 15:55
Azərbaycanın istəyi ilə İrəvandakı görüş təxirə salındı - Səbəb bu imiş
23 Sentyabr 2026 15:32
Martin Ryan azadlığa buraxılıb
23 Sentyabr 2026 15:24
166 saylı marşrut avtobusundan NARAZILIQ - VİDEO
23 Sentyabr 2026 12:35
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlandı
23 Sentyabr 2026 12:32
Sabah 35 dərəcə isti olacaq
23 Sentyabr 2026 12:12


Bakı -°C

