adalet.az header logo
  • Bakı -°C
23 Sentyabr 2026 15:24
64
GÜNDƏM
A- A+

166 saylı marşrut avtobusundan NARAZILIQ - VİDEO

Həm tutumu az, həm də köhnədir... Bu ikiqapılı avtobuslar xüsusən günün pik saatlarında sərnişinləri daşıyıb çatdıra bilmir...

Adalet.az  xəbər verir ki, söhbət "8-ci km bazarı" istiqamətindən Ramana qəsəbəsinə, həmçinin əksinə sərnişin dayışan 166 saylı marşrut avtobuslarından gedir.

Məsələ ilə bağlı daşıyıcı şirkət olan 'General Auto Company' MMC nin xətt rəisi Asif Rüstəmov "Xəzər TV"nin sorğusuna  cavab olaraq bildirdi ki, bu marşut xətti tenderə verilib. Sözügedən xətdə mövcud olan avtobuslardan əlavə cari təmirdə olan avtobuslar var. Yolların təmirsiz və asfaltsız olması avtobusların tez-tez sıradan çıxmasına gətirib çıxarır. Cari təmirdə olan avtobuslar xidmətə hazır olan kimi marşrut avtobuslarının sayı artırılacaq.