Ərdoğanın silah hədiyyəsinə qılıncla cavab verdi
BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Polşa lideri Karol Navrotski arasında görüş keçirilib.
Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş zamanı Navrotski türkiyəli həmkarına qılınc hədiyyə edib.
Polşa prezidentinin Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç bunun Ərdoğanın iyul ayında Navrotskiyə hədiyyə etdiyi, üzərində onun adı həkk olunmuş revolverə cavab hədiyyəsi olduğunu bildirib.
“Ankarada revolver, Nyu-Yorkda isə polyak qılıncı. NATO sammiti zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Polşa Prezidenti Karol Navrotskiyə üzərində onun adı həkk olunmuş revolver hədiyyə etmişdi. Bu gün, BMT Baş Assambleyasının 81-ci sessiyası münasibətilə Polşa Prezidenti cavab olaraq Türkiyə liderinə polyak qılıncı təqdim etdi. İki simvolik hədiyyə. Bu gün təhlükəsizlik sahəsində mühüm maraqların birləşdirdiyi dövlətlərin hərb ənənəsinin iki simvolu!”, - o, sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyul ayında NATO-nun Ankarada keçirilən sammitinin yekununda Avropa liderlərinə üzərində onların adları həkk olunmuş “Gümüşay” markalı revolver və döyüş patronları hədiyyə etmişdi.
Digər Xəbərlər
23 Sentyabr 2026 11:48
İranla savaşda neçə ABŞ hərbçisi ölüb?
23 Sentyabr 2026 11:31
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR
23 Sentyabr 2026 10:31
Yaponiyada dəhşətli tayfun: Xeyli ölən və yaralanan var
23 Sentyabr 2026 10:02
Rusiyada ayılar bu şəhəri əhatəyə aldı
23 Sentyabr 2026 09:44
Əməliyyatdan sonra həyatı kabusa çevrilmişdi - Evtanaziya ilə öldü
23 Sentyabr 2026 09:24
Qalmaqallı açıqlamadan sonra - Qadınlar parlamentə mini ətəklə getdilər
23 Sentyabr 2026 00:11
Tramp Ərdoğanı təriflədi - "Çətin adamdır" - VİDEO
23 Sentyabr 2026 00:00


Bakı -°C

