Pezeşkian bu gün BMT-də çıxış edəcək
İran Prezidenti Məsud Pezeşkian bu gün BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edəcək. Onun Nyu-York səfəri çərçivəsində bir sıra dövlət başçıları ilə görüşməsi də planlaşdırılır.
Adalet.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, Məsud Pezeşkian sentyabrın 23-də, Tehran vaxtı ilə saat 19:35-də BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edəcək.
İran Prezidenti sentyabrın 22-də səhər saatlarında Tehrandan Nyu-Yorka yola düşüb. O, yolüstü Əlcəzairdə qısa müddət dayandıqdan sonra səfərini davam etdirib və bu gün səhər Nyu-Yorka çatıb.
Pezeşkianın səfər proqramına BMT Baş Assambleyasında iştirak edən bəzi ölkələrin liderləri ilə görüşlər də daxildir.
Digər Xəbərlər
15 Noyabr 2026 18:00
Fələstinlilərin ölümünə görə Netanyahunu tənqid etdi
15 Noyabr 2026 17:46
Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq - Nazir
15 Noyabr 2026 17:37
ABŞ-la danışıqlar başa çatıb - İran parlamenti
15 Noyabr 2026 16:15


Bakı -°C

