Ağdərə sakini MİNAYA DÜŞDÜ
Ağdərə rayonunun Şıxarx kəndi ərazisində 2025-ci il 3 dekabr tarixində mina hadisəsi baş verib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərindən Adalet.az-a verilən məlumata görə, 1970-cı il təvəllüdlü kənd sakini Pənahəliyev Nazim Kamran oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs rayon xəstəxanasına təxliyə edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
Digər Xəbərlər
10 Iyul 2026 17:57
Atasının ölüm xəbərini alan gəmi kapitanı vəfat etdi
10 Iyul 2026 15:19
Kəlbəcərdə mina partladı
10 Iyul 2026 12:28
Turizm şirkətinin maşını ilə ayını vurub öldürdü
10 Iyul 2026 11:29
Şüvəlanda dənizdə batan 19 yaşlı qız hələ də axtarılır - VİDEO
09 Iyul 2026 18:46
Bakıda keçmiş arvadını güllələyən kişinin son vəziyyəti açıqlandı
09 Iyul 2026 13:43
Merin sabiq müavininin qardaşı qəzada öldü - VİDEO
09 Iyul 2026 10:35
Zaqatalada poçt binasını SEL APARDI - VİDEO
08 Iyul 2026 19:57


Bakı -°C

