Ağdərə və Ağdama növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Yenidən qurulan Ağdərə rayonunun Həsənriz kəndi və Ağdam rayonunun Sarıcalı kəndi növbəti sakinlərini qəbul etməyə hazırdır.
Bu barədə Adalet.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bu ərazilərə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə 40 ailə - 146 nəfər Həsənrizə, 1 ailə, 4 nəfər isə Sarıcalıya köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Digər Xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Altıağac Milli Parkını ziyarət ediblər - FOTOLAR

Torpaq sahələrinin icarəyə verilməsinə dair yeni qaydalar müəyyənləşir

Sabah 33° isti olacaq

Leyla və Arzu Əliyevalar Xızıda - FOTOLAR

Bəzi çaylarda suyun səviyyəsi artıb

Bəzi rayonlarda leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA

Goranboyda istehsal müəssisəsi istifadəyə verildi - FOTOLAR + YENİLƏNİB
