Ağstafada məktəbli bıçaqlandı - YENİLƏNİB
Aprelin 21-də Ağstafa şəhəri 3 nömrəli tam orta məktəbinin IX sinif şagirdi eyni məktəbdə oxuyan VIII sinif şagirdinə aralarında yaranmış mübahisə zamanı yüngül xəsarət yetirib.
Adalet.az xəbər verir ki, bu barədə APA-ya Ağstafa şəhər Səadət Şükürova adına 3 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib.
Qeyd olunub ki, xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib və müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb: "Onun səhhəti məktəb rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Şagirdlərin yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik”.
***
10:12
Ağstafada bıçaqlanma hadisəsi baş verib.
Adalet.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağstafa şəhəri 3 nömrəli tam orta məktəbində qeydə alınıb. Məktəbin şagirdi 2012-ci il təvəllüdlü U.İ. kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, U.İ. məktəbdə dava zamanı bıçaq xəsarəti alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
23 Aprel 2026 12:24
Bakıda polisə balta ilə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - VİDEO
23 Aprel 2026 09:42
Toy karvanında avtoxuliqanlıq etdilər - VİDEO
22 Aprel 2026 18:30
30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti beton boruda gizlədiblər
22 Aprel 2026 16:11
Ucarda narkotik vasitələr məhv edildi
22 Aprel 2026 13:14
11 min manat dəyərində 6 ədəd mühərrik oğurlandı
21 Aprel 2026 17:09
Azərbaycanda təhdid xarakterli paylaşımlar edən məktəbli saxlanıldı
21 Aprel 2026 16:48
Su sayğacında gizlədilən açarı tapıb evi soydular
21 Aprel 2026 15:29


Bakı -°C

