“Ah, “Rus evi...” - Tofiq Zülfüqarovdan Elmar Məmmədyarova atmaca

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında xələfi Elmar Məmmədyarova söz atıb.
Adalet.az xəbər verir ki, Zülfüqarov Məmmədyarovun Rusiyanın maraqlarına xidmət göstərməsinə eyham vurub.
“Dünən gözlənilmədən ARB-24 telekanalı məni Elmar Məmmədyarovla bir verilişdə birləşdirdi. Düşünürəm ki, o, tezliklə Gela Vasadzenin (gürcü bloger - red.) yutub kanalında məni əvəz edəcək... Ah, “Rus evi”, sən necə də çoxüzlüsən”, - deyə, Tofiq Zülfüqarov bildirib.
Qeyd edək ki, sabiq nazirlər fevralın 24-ü ARB-24 telekanalında “Nə baş verir?” adlı verilişə videozənglə qoşulublar. T.Zülfüqarov, həmçinin gürcü bloger G. Vasadzenin kanalında ekspert kimi vaxtaşırı çıxışlar edir.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanda yüksək vəzifələrdə çalışmış bəzi şəxslərin Rusiyanın maraqlarına xidmət etməsinə dair məlumatlar yayılıb. Həmin məlumatlarda adıçəkilən sabiq nazirlər arasında Elmar Məmmədyarov da var.
Digər Xəbərlər

Qarabağda nə qədər ərazi minalardan təmizlənib?

Muxtar Babayev: COP29 çoxtərəfliliyin real və tarixi nəticələr verməyə qadir olduğunu nümayiş etdirdi

Kamran Əliyev şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüşdü

Ombudsman: Taksi xidməti ilə bağlı yeni tarif siyasəti Konstitusiyaya uyğun deyil

"Gizir Xanı" Ağdamda dəfn edilib

“Hər küçədən keçən tender qazanıb inşaata rəhbərlik edə bilməz”

Mustafa Topçubaşovun 130 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirildi - FOTOLAR
