24 Sentyabr 2025 12:52
233
GÜNDƏM

"Gizir Xanı" Ağdamda dəfn edilib

Ötən gün Ağdamda minaya düşərək həlak olan Səyyaf Əhmədov ("Gizir Xanı") dəfn edilib.

Adalet.az xəbər verir ki, S.Əhmədovla Baharlı qəsəbəsində keçirilən vida mərasimi başa çatıb.

O, Üçoğlan kəndindəki "Eşq Abdal" qəbiristanlığında dəfn olunub.

***

Xəbər verdiyimiz kimi, ötən gün kəşfiyyatçı "Xanı" kimi tanınan Səyyaf Əhmədov minaya düşərək həlak olub.

Adalet.az-ın məlumatına görə, Ağdam rayonunda mərhum kəşfiyyatçı ilə vida mərasimi keçirilir.

Qeyd edək ki, mina hadisəsi Ağdam rayonunun Mirəşelli kəndində baş verib. 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub. Onun nəşi ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.