“Bu, birmənalı şəkildə Prezidentin şəxsi nüfuzunu göstərir”

“BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfərə gələn Prezident İlham Əliyev bir sıra aparıcı şirkətlərin rəhbərləri ilə göruşlər keçirib. “Brookfield Asset Management”, “Neuberger Berman” və “Blackstone” kimi aparıcı şirkətlər Azərbaycanla əməkdaşlıqdan məmnunluqlarını dilə gətirib, bu əməkdaşlığı daha da genişləndirmək istədiklərini vurğulayıblar”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, bu şirkətlər dünya aparıcı qurumlarından hesab olunurlar:
“Məsələn, “Brookfield Asset Management” şirkətinin idarə etdiyi aktivlərin dəyəri 1.0 trilyon dollardan çoxdur. 250 mindən artıq işçisi olan bu şirkət dünyanın 50-dən çox dövlətində çalışır. Göründüyü kimi, söhbət kifayət qədər iri şirkətlərin sahibləri ilə keçirilən görüşlərdən gedir. Aparıcı şirkətlərin Azərbaycana sərmayə qoyuluşuna marağının artması təqdirəlayiq olmaqla yanaşı, beynəlxalq tədbirlərdə diqqəti çəkən əsas məqamlardan biri də tanınmış iş adamlarının dövlət başçımız ilə görüş üçün müraciətləridir. Ölkəmizdə, həm də onun hüdudlarından kənarda keçirilən beynəlxalq toplantılarda aparıcı şirkətlərlə Azərbaycan Respublikasının Prezidenti arasındakı görüşün məhz həmin şirkətlərin rəhbərlərinin müraciəti əsasında baş tutduğuna şahid oluruq”.
Millət vəkili deyib ki, bu, birmənalı şəkildə Azərbaycan Respublikası Prezidentinin şəxsi nüfuzunu göstərir:
“Digər tərəfdən isə dövlətimizin gücünə dəlalət edir. İqtisadi inkişaf baxımdan bu cür əməkdaşlıqlar ölkəmiz üçün olduqca vacibdir. “Brookfield Asset Management”, “Neuberger Berman” və “Blackstone” şirkətləri qlobal miqyasda böyük iqtisadi-maliyyə gücünə malik şirkətlərdir. Onlar qeyri-neft sektorunda da mühüm pay sahibidirlər. Bu şirkətlərlə əməkdaşlığın genişlənməsi ölkəmizə yeni investisiyaların cəlb edilməsi baxımından da olduqca önəmlidir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər

Şahin Mustafayev Araz dəhlizində görülən işlərlə tanış olub

İlham Əliyev Forum iştirakçılarına müraciət ünvanladı

Mehriban Əliyeva İlham Əliyevlə Trampın dialoqunu paylaşdı - VİDEO

"Orta Dəhliz üzrə 50 milyon tondan çox yük artımı gözlənilir" - Hikmət Hacıyev

"Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayırıq" - Tokayev

İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Avropa Şurasının Baş katibi ilə görüşüb

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşdü - FOTO
