Şahin Mustafayev Araz dəhlizində görülən işlərlə tanış olub

Baş nazirin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq Təbriz və Culfaya gedib, Araz dəhlizində görülən işlərlə tanış olublar.
Nazirlər Kabinetindən Adalet.az-a verilən xəbərə görə, Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən sədri Şahin Mustafayev İrana səfəri çərçivəsində Şərqi Azərbaycan Əyalətinin mərkəzi Təbriz və Culfa şəhərlərində olmuş, əyalətin valisi Bəhram Sərmətslə görüşüb.
Görüşdə əyalətin Azərbaycan-İran əlaqələrində mühüm rolu vurğulanıb və Azərbaycanın regionları ilə iqtisadi-ticari əməkdaşlığının genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Baş nazirin müavini Şahin Mustafayev əyalətə səfəri çərçivəsində İran İslam Respublikasının yol və şəhərsalma naziri, Dövlət Komissiyasının İran tərəfindən sədri Fərzanə Sadeqlə birgə Araz dəhlizi üzrə həyata keçirilən Ağbənd-Kəlalə körpüsünə, Culfa-Kəlalə yoluna da baş çəkərək, körpünün tikintisi və yolun genişləndirilməsinin icra vəziyyəti ilə yerində tanış olub.
Səfər çərçivəsində həmçinin tikilməsi nəzərdə tutulan Ordubad-Siyahrud körpüsünün yerləşmə nöqtəsi üzrə mövcud imkanlar müzakirə olunub və yerləşmə ərazisinə baxış keçirilib.
Digər Xəbərlər

“Bu, birmənalı şəkildə Prezidentin şəxsi nüfuzunu göstərir”

İlham Əliyev Forum iştirakçılarına müraciət ünvanladı

Mehriban Əliyeva İlham Əliyevlə Trampın dialoqunu paylaşdı - VİDEO

"Orta Dəhliz üzrə 50 milyon tondan çox yük artımı gözlənilir" - Hikmət Hacıyev

"Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayırıq" - Tokayev

İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Avropa Şurasının Baş katibi ilə görüşüb

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşdü - FOTO
