"Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayırıq" - Tokayev

Biz Birləşmiş Ştatlar Prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayırıq.
Adalet.az-ın məlumatına görə, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatda çıxışı zamanı deyib.
“Bu onu göstərir ki, hətta köklü münaqişələr də diplomatiya və sağlam düşüncə yolu ilə həll edilir. Bu prinsipi rəhbər tutan Qazaxıstan ardıcıl olaraq diplomatiyaya, gərginliyin azaldılmasına və gücdən daha çox dialoqa üstünlük verir”, - deyə o əlavə edib.
Digər Xəbərlər

İlham Əliyev Forum iştirakçılarına müraciət ünvanladı

Mehriban Əliyeva İlham Əliyevlə Trampın dialoqunu paylaşdı - VİDEO

"Orta Dəhliz üzrə 50 milyon tondan çox yük artımı gözlənilir" - Hikmət Hacıyev
