Aİ İranla bağlı bütün mümkün ssenarilərə hazırlaşır
Böhranların İdarə Edilməsi üzrə Avropa Komissarı Hadja Lahbibin sözlərinə görə, Brüssel hərbi münaqişə də daxil olmaqla, İranla bağlı "bütün ssenarilərə" hazırlaşır.
Adalet.az xəbər verir ki, onun sözlərini "Euractiv" portalı sitat gətirib.
Avropa rəsmisi bildirib ki, Aİ-nin humanitar mexanizmləri yalnız ehtiyac əsasında, "hökumətlərə deyil, insanlara kömək etmək üçün" tətbiq olunacaq.
Hadja Lahbib əlavə edib ki, istənilən potensial hücum Əfqanıstandan Pakistana qədər bütün regionda sabitliyi poza bilər.
Yanvar ayında Ağ Ev xəbərdarlıq etmişdi ki, Tehran danışıqlar masasına oturub nüvə silahlarından tamamilə imtina etməyi də əhatə edən "ədalətli razılaşma"ya çatmasa, güc tətbiq etməyə ciddi şəkildə hazırdır. İran hakimiyyəti dəfələrlə nüvə bombası hazırlamaq niyyətində olmadığını bildirib. Pentaqon Yaxın Şərqdə iki aviadaşıyıcı zərbə qrupu da daxil olmaqla əhəmiyyətli qüvvələr toplayıb. 19 fevralda ABŞ administrasiyası İranla razılığa gəlmək üçün maksimum 15 gün vaxtının olduğunu açıqlayıb.
Digər Xəbərlər
27 Fevral 2026 12:53
Qazıntı aparılan yerdən 171 nəfərin meyitini aşkarlandı
27 Fevral 2026 11:54
Ermənistan-İran avtomobil yolu bağlandı
27 Fevral 2026 11:33
Tramp azərbaycanlı tələbəni azad etdirdi
27 Fevral 2026 10:16
Anna Paşinyandan ayrıldı
27 Fevral 2026 09:29
Pakistan açıq müharibəyə başladığını elan etdi
27 Fevral 2026 00:10
Cenevrədəki ABŞ-İran görüşlərinin üçüncü raundu BAŞA ÇATDI - YENİLƏNİB
26 Fevral 2026 23:49
Trampın xanımı BMT TŞ-nin iclasına sədrlik edəcək
26 Fevral 2026 23:40


Bakı -°C

