İlham Əliyevin Efiopiyanın baş naziri ilə geniş tərkibdə görüşü oldu - Sənədlər imzalandı
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ilə geniş tərkibdə görüşü olub.
Adalet.az xəbər verir ki, sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Efiopiyanın xarici işlər naziri Qedion Timoteos "Azərbaycan Respublikası ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i və “Birləşmiş Millətlər Təşkilatının İqlim Konfransının (COP32) otuz ikinci sessiyasının təşkilində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzaladılar.
Qeyd edək ki, Efiopiyanın Baş nazirinin ölkəmizə səfəri çərçivəsində “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Efiopiyanın Federal Etika və Antikorrupsiya Komissiyası arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Efiopiya İnvestisiya Komissiyası arasında Anlaşma Memorandumu” və “Azərbaycan Televiziya və Radio Verilişləri“ QSC ilə Efiopiya Yayım Korporasiyası arasında Anlaşma Memorandumu” imzalanıb.
Digər Xəbərlər
27 Fevral 2026 13:18
Azərbaycanla Efiopiya müdafiə sahəsində əməkdaşlıq edəcək
27 Fevral 2026 13:03
"Əslində “Milli Məclis” yox, “Millət Məclisi” olmalıdır" - Deputat
27 Fevral 2026 13:02
Fariz İsmayılzadədən britaniyalı həmkarlarına MÜRACİƏT: Təxribat xarakterli dinləmələr…
27 Fevral 2026 12:55
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
27 Fevral 2026 12:47
Elçin Mirzəbəyli: Mədəniyyət dəyər yaradan sahəyə çevrilir
27 Fevral 2026 12:45
"Efiopiya və Azərbaycan tərəfdaşlığı dərinləşdirməklə bağlı razılığa gəlib"
27 Fevral 2026 11:57
“Xocalı Memorial Kompleksi tarixi faktların sistemli şəkildə...” - Könül Nurullayeva
27 Fevral 2026 11:55


Bakı -°C

