Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi - FƏRMAN
Azərbaycanda Rəqəmsal İnkişaf Şurası yaradılıb.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanda rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.
Fərmanla Şuranın sədri Azərbaycanın Birinci vitse-prezidenti təsdiq edilib.
Şuranın üzvləri isə aşağıdakılardır:
Azərbaycan Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Azərbaycan Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri
Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi
rəqəmsal inkişaf və nəqliyyat naziri
elm və təhsil naziri
ədliyyə naziri
maliyyə naziri
iqtisadiyyat naziri
Mərkəzi Bankın sədri
Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru.
Şuranın fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılıb, və Katiblik funksiyasının həyata keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.
Həmçinin müəyyən edilib ki, Şura bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları, elmi müəssisə və təşkilatları cəlb edə, habelə aidiyyəti dövlət orqanlarının (qurumlarının) və digər maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.
Bundan başqa, Şura rəqəmsal inkişaf sahəsi üzrə dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və dövlət orqanları (qurumları) arasında siyasətin əlaqələndirilməsini təmin etməli, dövlət orqanları (qurumları) tərəfindən icra olunan layihələrin bu sahədə mövcud strateji məqsədlərə uyğunluğunun təmin edilməsinə nəzarəti həyata keçirməli, eləcə də dövlət orqanlarının (qurumlarının) təklifləri və beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı tədbirlər görməlidir.
Şura fəaliyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verəcək.
Digər Xəbərlər
27 Fevral 2026 14:04
Rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqləndi
27 Fevral 2026 13:33
Azərbaycanın və Efiopiyanın birinci xanımlarının görüşü oldu - VİDEO
27 Fevral 2026 13:06
"Seriallar kiminsə türmədən çıxıb danışdığı hekayə əsasındadır" - Siyavuş Novruzov
27 Fevral 2026 12:38
Baş prokuror Kürdəmirdə vətəndaşları qəbul edəcək
27 Fevral 2026 11:48
Hava limanları üçün torpaq alınması dövlət ehtiyacları siyahısına daxil edilir
27 Fevral 2026 11:45
Ödənilməyən cərimə ilk növbədə məhkumun maaşından tutulacaq
27 Fevral 2026 11:01
Daxili Qoşunlar kursant qəbulu elan edir - VİDEO
27 Fevral 2026 10:12


Bakı -°C

