Hava limanları üçün torpaq alınması dövlət ehtiyacları siyahısına daxil edilir
Azərbaycanda dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və (və ya) aerodromların inşası zərurətinin torpağın alınmasına əsas verən dövlət ehtiyacları siyahısına daxil edilir.
Adalet.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsində qeyd edilib ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində torpağın alınmasına əsas verən dövlət ehtiyacları (beş dövlət ehtiyacı) təsbit edilmişdir.
Beynəlxalq aviasiya təşkilatlarının hava limanlarına dair tələblərinin həyata keçirilməsi, uçuşların təhlükəsizliyinin təmin edilməsinin təkmilləşdirilməsi, hava limanları ətrafında mühafizə olunan təhlükəsizlik zonalarının yaradılması (genişləndirilməsi), yeni uçuş-enmə zolaqlarının tikilməsi, uçuş-enmə zolaqların genişləndirilməsi çərçivəsində bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların alınması zərurəti ortaya çıxır. Lakin, sadalanan məqsədlər üçün torpaqların alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununda öz əksini tapmaması torpaq üzərində mülkiyyət münasibətlərinin tənzimlənməsində və genişləndirmə və tikinti işlərinin operativ şəkildə icrasında çətinliklər yaradır.
Qeyd edilənləri və hava limanlarının xüsusi əhəmiyyətə malik obyektlər olduğunu nəzərə alaraq, dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların ərazilərin artırılması və ya yeni hava limanlarının (aeroportların) və (və ya) aerodromların tikintisi zamanı torpaqların dövlət ehtiyacları üçün alınmasının hüquqi əsası formalaşdırılır.
Eyni zamanda “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun 3.1.5-ci maddəsindən irəli gələrək uyğunlaşdırma çərçivəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə “dəniz limanının ərazisinin artırılması” sözləri də əlavə edilir.
Qanun layihəsi hava limanlarının tikintisi və ərazisinin genişləndirilməsi zamanı torpaq sahəsinin daha çevik alınmasına, bu sahədə yaranan mübahisələrin operativ həllinə xidmət edəcəkdir.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Digər Xəbərlər
10 Noyabr 2026 11:08
İşsizlikdən sığorta ilə bağlı yeni qayda təklif edildi
10 Noyabr 2026 10:56
“Qonşuları onun vəfat etdiyini bir neçə gün gün sonra biliblər”
10 Noyabr 2026 10:31
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - VİDEO
09 Noyabr 2026 19:46
Mehriban Əliyevadan səmimi PAYLAŞIM - VİDEO
09 Noyabr 2026 12:39
“Düşmənə dərs verən onlardır” - İlham Əliyev - VİDEO
09 Noyabr 2026 12:17
Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdirildi
09 Noyabr 2026 12:16
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
09 Noyabr 2026 11:21


Bakı -°C

