Aİ üzvləri separatçıları həvəsləndirdi: Yeni "Evcik-evcik" oyunu
Ermənilərin yeganə ən yaxın müdafiəçisi statusunu boynuna götürmüş İran Bakıda Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etməsi erməniləri "artsax" arzularına əngəl olmur. Düzdür, Avropa İttifaqının üzvü olan bir çox ölkələrin deputatları "Qarabağ" hərəkatı"na dəstək olduğu müddətdə separatçılar da gündə bir hoqqa çıxartmağa həvəsli olacaqlar.
Adalet.az xəbər verir ki, özü özünü ləğv etmiş qondarma separatçı rejimin mayın 21-də prezident seçkilri olacaq. Bunu “Hraparak” yazır. Deməli, qondarma rejimin qondarma prezidenti Samvel Şahramanyanın guya "səlahiyyət müddəti" başa çatır. Nəşr bildirir ki, məlum səbəblərə görə, (Ermənistan hakimiyyəti icazə vermir- red-ƏR) yeni seçkilərin keçirilməsi mümkün olmadığından, ölüb-itmiş artsaxın havadan asılı deputatları bu yaxınlarda edilən konstitusiya dəyişikliklərinə əsasən parlamentə yeni prezidenti seçmək səlahiyyəti veriblər. Namizədlər prezidentin istefasından sonra 7 gün ərzində təqdim edilməlidir. Samvel Babayanın komandasında onun namizədliyini irəli sürmək istəyi güclü olsa da, Babayan belə bir istəyinin olmadığını bəyan edib.
Samvel Şahramanyan da hələ də tərəddüd edir, əvəzində Ermənistan Respublikasının siyasi dairələrində prezidentliyə namizədin yeni adı tirajlanır. Söhbət İcevandan olan, müharibədən sonra" artsax hökuməti"ndə ərazi idarəetmə və infrastruktur naziri vəzifəsini tutmuş və son illərdə kifayət qədər aktiv fəaliyyət göstərən Hayk Xanumyandan gedir ".
Xatırlayırsınızsa, Avropa İttifaqı (Aİ) Şurası 2024-cü il , iyulun 22-də Avropa Sülh Fondundan (EPF) Ermənistan ordusuna 10 milyon avro dəyərində yardım paketini qəbul etdi. Əlbəttə ki, Ermənistan Aİ-dən aldığı dəstəklə gələcəkdə destruktiv mövqeyini gücləndirəcək, hərbi-siyasi gərginliyi artıracaq, sülhdən yayınmağa çalışacaq. Nəzərə alsaq ki, İrəvanda Qarabağ çadırı yaradılaraq orada Qarabağ hərəkatı başladılıb və Aİ-nin bir çox üzvləri ora gələrək separatçılara dəstəyini nümayiş etdirib. Nəticə bu!
Xatırladırıq ki, ötən il Ermənistan Azərbaycanın daha bir tələbini yerinə yetirdi. Belə ki, dövlət orqanlarının internet saytlarından “Artsax” sözü silindi. Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytından artsax bölməsi, və Ermənistan Müdafiə Nazirliyinin saytından da “Artsax Azadlıq Müharibəsi” bölməsi silinib.
Bir sözlə, separatçılar dəmir yumruğun təsirindən özünə gəlməyib və hələ də anlaksız vəziyyətdə "evcik-evçik" oynuna davam edirlər.
Əntiqə Rəşid
Digər Xəbərlər
22 Dekabr 2025 17:31
Vilayət Eyvazov gənclərin sırasından seçim etdi - 13 müharibə iştirakçısı polisə qəbul olundu - VİDEO
22 Dekabr 2025 16:37
Baş nazirdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
22 Dekabr 2025 11:57
İcra başçısı ilə birlikdə həbs edilən xanım müavini azadlıqda
22 Dekabr 2025 11:53
“İndiki vəziyyətdə hərbi xidmət müddəti kifayət qədər optimaldır...”
22 Dekabr 2025 10:59
"Bakı Metropoliteni"nin yığılmış ZƏRƏRİ - 3 milyard manat...
22 Dekabr 2025 10:56
DİN-dən saxta paylaşımlarla bağlı ÇAĞIRIŞ - VİDEO
22 Dekabr 2025 10:44
AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası hazırlanıb
22 Dekabr 2025 08:42


Bakı -°C

