AİB: "Ermənistan layihələrinə 200-250 milyon dollar sərmayə qoymağı planlaşdırırıq"
Avrasiya İnkişaf Bankı (Eurasian Development Bank) 2025-2026-cı illərdə Ermənistan layihələrinə 200-250 milyon dollar sərmayə qoymağı planlaşdırır"
Adalet.az xəbər verir ki, bu barədə bankın idarə heyətinin sədr müavini Yaroslav Mandron Almatıda 2024-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə İİB Ermənistanın elektron şəbəkələri ilə yeni əməkdaşlıq layihələrini nəzərdən keçirir. Bank həmçinin “Yeremyan Projects” şirkəti və Zəngəzur mis-molibden kombinatı ilə əməkdaşlığı davam etdirmək üçün potensial görür.
Avrasiya İnkişaf Bankının (Eurasian Development Bank) İdarə Heyətinin sədri Nikolay Podquzov öz növbəsində qeyd edib ki, infrastruktur, yaşıl enerji sektoru, rəqəmsallaşma, diversifikasiya, iqtisadiyyatların rəqabət qabiliyyəti qiymət strategiyaları çərçivəsində investisiyaların əsas istiqamətləridir.
“Biz Ermənistan, Qırğızıstan və Tacikistanda məhz belə layihələr həyata keçiririk. Bu il kiçik ölkələrdə portfel 436 milyon dollara yüksəlib. Bu, bizim strategiyaya uyğun olaraq müəyyən etdiyimiz dərəcələrdən bir yarım dəfə yüksəkdir”, - Podquzov bildirib.
O bildirib ki, bank 2024-cü ildə ümumilikdə 30 yeni layihə həyata keçirib, investisiya portfeli cari ildə 6% artaraq 15,6 milyard dollara yaxın olub: “Cari ilin 11 ayında bankın kapitalı 9% artaraq 2,2 milyard dollara çatıb. 2024-cü ildə bank investisiyalarının illik həcmi 2,3 milyard dollara çatıb”, - Podquzov bildirib.
Bundan əvvəl Podquzov yaxın 3 ildə Ermənistana təxminən 500 milyon dollar sərmayə qoymağa hazır olduqlarını açıqlamışdı.
Qeyd edək ki, EDB-nin nizamnamə kapitalı 7 milyard ABŞ dolları olan beynəlxalq inkişaf bankıdır. Bankın səhmdarları 6 ölkədir: Rusiya, Ermənistan, Tacikistan, Qırğızıstan, Belorus, Qazaxıstan... Özbəkistan isə banka qoşulma prosedurunu tamamlayır.
Əntiqə Rəşid