Ailədə neçənci uşaq olmağımız sağlamlığımıza təsir edirmiş
Yeni və genişmiqyaslı araşdırma doğum sırası ilə müxtəlif xəstəliklərin inkişaf riski arasında əvvəllər düşünüldüyündən daha geniş əlaqənin olduğunu ortaya qoyub.
Adalet.az xəbər verir ki, “Nature Health” jurnalında dərc olunan araşdırmada iki uşaqlı ailələrdən 10 milyondan çox insanın məlumatları təhlil edilib.
Tədqiqatçılar psixi pozğunluqlardan həzm problemlərinə qədər 150 fərqli xəstəliklə doğum sırası arasında əhəmiyyətli əlaqələr müəyyənləşdiriblər.
Araşdırmanın nəticələrinə görə, ilk doğulan uşaqlarda autizm və diqqət çatışmazlığı hiperaktivlik pozğunluğu (ADHD) kimi neyroinkişaf problemlərinə daha çox rast gəlinir.
İlk doğulanlarda uşaqlıq dövründə başlayan sinir sistemi pozğunluğu olan “Tourette” sindromu, obsesiv-kompulsiv pozğunluq (OKB), həmçinin sızanaq və astma inkişaf riskinin də daha yüksək olduğu müəyyən edilib.
Bundan əlavə, ilk doğulan uşaqlarda immun sistemi ilə əlaqəli allergiyaların, o cümlədən, ot qızdırması və ekzemanın inkişaf riski də daha yüksək ola bilər.
Araşdırmada daha sonra doğulan uşaqların isə maddə asılılığı, həzm problemləri və herpes zoster kimi bəzi yoluxucu xəstəliklərə daha həssas olduğu müəyyənləşdirilib.
Tədqiqatçılar ikinci doğulan uşaqlarda maddə asılılığı riskinin artmasını, əsasən, sosial amillərlə əlaqələndirirlər. Onların fikrincə, böyük bacı-qardaşların davranışlarının təqlid edilməsi və ya daha sonra doğulan uşaqların riskli davranışlara daha meyilli olması bu əlaqədə rol oynaya bilər.
Tədqiqat müəllifləri doğum sırası ilə xəstəlik riski arasındakı əlaqələrin fizioloji, immunoloji və sosial mexanizmlərin birləşməsi ilə bağlı ola biləcəyini bildirirlər.
Xüsusilə allergiya və tənəffüs xəstəlikləri ilə bağlı fərqlərin erkən yaşlarda mikroblara məruz qalma ilə əlaqəli ola biləcəyi ehtimal edilir.
Kiçik bacı-qardaşlar erkən yaşlarından böyük bacı-qardaşların evə gətirdiyi daha geniş çeşiddə mikroblarla qarşılaşırlar. Tədqiqatçılar hesab edirlər ki, bu erkən mikrob təması immun sisteminin tolerantlığının formalaşmasına və inkişafına təsir göstərə bilər.
Araşdırmada həmçinin bacı-qardaşlar arasındakı yaş fərqi azaldıqca kiçik uşaqlar üçün bu qoruyucu təsirin gücləndiyi müəyyən edilib. Bu nəticənin mikrobların birbaşa paylaşılması ehtimalını dəstəklədiyi bildirilir.
Tədqiqatın nəticələri doğum sırasının insanın gələcək sağlamlığını təkbaşına müəyyən etdiyini göstərmir. Müəlliflər müşahidə olunan əlaqələrin müxtəlif bioloji və sosial amillərin təsiri ilə formalaşa biləcəyini vurğulayırlar.
Digər Xəbərlər
05 Avqust 2026 17:01
Şəmsi Səmədzadə danışdı: O daha mənim həyat yoldaşım deyil - VİDEO
05 Avqust 2026 10:55
Nəhəng asteroid Yerə yaxınlaşır - Alimlər nə deyir?
04 Avqust 2026 17:10
“Yer 7 saniyəlik çəkisiz qalacaq” iddiasına rəsmi cavab
03 Avqust 2026 09:33


Bakı -°C

