Akif Nağı: "Separatçılarla əməkdaşlıqda şübhəli bilinən azərbaycanlılar olubsa..."
Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib ki, erməni separatçılarının 1987-ci ildən indiyədək törətdiyi cinayətlər təhlil edilir. Bakıda saxlanılan separatçıların ifadələri əsasında xeyli məqamlara aydınlıq gətirilir. Mediada yayılan məlumatlara görə, işğal dövründə erməni separatçılarla (Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, Ruben Vardanyan və digərləri) əməkdaşlıqda şübhəli bilinən azərbaycanlılar da olub. Hətta adıçəkilən separatçılar həbs edilərkən onların Azərbaycan xüsusi xidmət orqanlarına şok adlar verəcəyi deyilirdi.
Görəsən, həbsdə olan ermənilər növbəti dəfə oz xarakterlərinə uyğun yalanlar uydura bilərmi? -sualımızı Azad Vətən Partiyasının sədri Akif Nağı cavablandırır.
- Akif müəllim, bildiyimiz kimi, bu toplum çox hiyləgər bir toplumdur. Ola bilərmi ki, bu separatçılar, məsələn, onlarla əməkdaşlıq edən satqınların yox , nə vaxtsa qəhrəmanlıqları ilə erməniləri məğlubiyyətə uğratmış hərbçilərin adını hallandıralar?
- Düzdür, indiyənə qədər görmədiyimiz bir haldır ki, erməni millətindən olan biri gerçəyi danışsın. Ermənistan hakimiyyəti də, mediası da, dövlət strukturları da, tarixçiləri, alimləri, arxeoloqları və demək olar ki, bütün toplum yalan danışmaqda mahirdir. Uzaqdan başlamaq istəmirəm, bax, elə, bu günlərdə Ermənistan işğaldan azad edilmiş ərazilərdə mövcud olan mina sahələrinə dair 8 formulyarı Azərbaycana təqdim etdi. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edildi.
Yəqin ki, siz də bilirsiniz ki, Ermənistan tərəfindən Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair 2021-ci ildə verilmiş məlumatların dəqiqliyi 25% təşkil edib. Daha dəqiq , hamısı yararsız və gerçəkliyi ifadə etməyən mina xəritələridir.
- Yəni, bir vətəndaş olaraq, həyəcanlanmaqda haqlıyam...
- Bir nüansı nəzərdən qaçırmayaq. Hazırda Bakı həbsxanasındakı ermənilərin durumu başqadır. Onlar hazırda Azərbaycan dövlətinin nəzarətindədir və yalan demək , saxta məlumat çatdırmaq şansları yox dərəcəsindədir. Dedikləri hər məlumatı yerli-yataqlı sübut etməlidirlər. Yox, əgər iddia etdikləri qarayaxmanı məlumat kimi çatdırmağa çalışarlarsa, dedikləri təsdiq olunmazsa, bunun nə ilə nəticələnəcəyini anlayırlar. Çox güman ki, onlar bütün dünyanın konstitusiyasında, qanunlarında "yalan ifadə vermək"in cəzası olduğunu bilirlər. Əmin olun, bizim hüquq -mühafizə orqanlarımız ayıq-sayıqdır, öz işinin peşəkarlarıdır!
Əntiqə Rəşid
Digər Xəbərlər
16 Sentyabr 2026 18:48
Qulu AĞSƏS: “ADAM VAR, YATANDA UÇUR, ADAM DA VAR, UÇANDA YATIR”
10 Sentyabr 2026 13:15
"Yazaraq yaşayıram, yazanda dincəlirəm" - MÜSAHİBƏ
09 Sentyabr 2026 15:02
Almaniyada ultrasağçıların yüksəlişi, Ukrayna-Rusiya müharibəsi və yeni təhlükələr
07 Sentyabr 2026 11:08
Kosmetika seçərkən bu detallara diqqət edin - XƏBƏRDARLIQ
02 Sentyabr 2026 10:21
“Azərbaycan bu gün həm Şərqin, həm də Qərbin ehtiyac duyduğu ölkəyə çevrilib”
21 Avqust 2026 14:00
Prezident Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
21 Avqust 2026 11:11
Çiyin ağrısını yorğunluq saymayın - SN-nin mütəxəssisindən XƏBƏRDARLIQ
14 Avqust 2026 11:28


Bakı -°C

