“Akkuyu” AES-in ilk enerji bloku bu tarixdə işə salına bilər

Türkiyədə “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) ilk enerji blokunun 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
Adalet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar məlumat verib.
“Akkuyu” AES-in ilk enerji blokunun 2025-ci ildə, dördünün də 2028-ci ilə qədər istismara verilməsi planlaşdırılır. Atom Elektrik Stansiyası tam işə düşdükdən sonra Türkiyənin elektrik enerjisinə olan tələbatının 10 %-ni ödəyə biləcək”, - o bildirib.
A.Bayraktarın sözlərinə görə, “Akkuyu” AES-də istehsal olunacaq təmiz və karbonsuz enerjinin karbon emissiyalarını 30 milyon ton azaldacaq: “Bu, həm Türkiyənin enerji təhlükəsizliyinin təmin edilməsi, həm də iqlim dəyişikliyi ilə mübarizə baxımından son dərəcə vacibdir”.
Qeyd edək ki, “Akkuyu” Türkiyədə tikilməkdə olan ilk AES-dir. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də imzalanmış əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir.
Digər Xəbərlər

İran Ukraynaya nota verib

Aİ və Ermənistan arasında çərçivə sazişi imzalandı

Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
jpg-1751279687.jpg)
Mirzoyan əsəbləşdi:"Lavrov, get öz işinlə məşğul ol"
jpg-1751277563.jpg)
Kallasdan Rusiyaya "gözdağı": "Aİ və Ermənistan heç vaxt indiki qədər yaxın olmayıb"

Mirzoyan: Sülh sazişinin yeri və tarixi ilə bağlı Azərbaycanla müzakirələrə hazırıq

Kallas: Aİ və Ermənistan heç vaxt indiki qədər yaxın olmayıb
