Aktivləşən maqnit qasırğası: Canlılara təhlükə

Ötən ay Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun mütəxəssisləri əvvəllər bildirmişdilər ki, 13 apreldə Yerə doğru iki böyük Günəş tac kütləsi atılıb. Proqnoza görə, 16 apreldə G1-G2 səviyyəli maqnit fırtınaları gözlənilir.
Bu o deməkdir ki, güclü bir maqnit qasırğası Yer kürəsini cəmi bir neçə saat ərzində bürüyəcək və bu qasırğa uzanacaq.
Adalet.az xəbər verir ki, hazırda Yerin maqnit sahəsində dalğalanma dərəcəsi G2 səviyyəsinə çatıb ki, bu da maqnit qasırğasının gücləndiyini göstərir .
Məlumatı Tətbiqi Geofizika İnstitutu TASS-a təsdiq edib.
Yer kürəsində maqnit qasırğasının səviyyəsi “orta” G2 nişanına çatıb. Beş ballıq şkalada G5 “çox güclü”, G1 isə “zəif”dir.
Səviyyə G2 o deməkdir ki, Yerin enerji sistemlərində problemlər yarana bilər. Radionaviqasiyada və yüksək tezlikli radio ötürülmələrində də fasilələr ola bilər.
TƏHLÜKƏ
Mütəxəssislərin fikrincə Günəş sistemində mütəmadi olaraq partlayışlar baş verir və bu partlayışların nəticəsi olaraq Günəş nüvəsindən çox böyük miqdarda kiçik, enerji yüklü zərrəciklər, yəni Günəş plazmaları fəzaya axır və bu Günəş plazmaları fəzada Günəş küləkləri vasitəsilə çox böyük sürətlə, bəzən saniyədə 1000-1200 kilometr sürətlə fəzaya yayılır. O cümlədən də fəzanın bir hissəsində olan Yer kürəsinə də gəlib çatır. Yer kürəsinin özü maqnit qatı ilə qorunur, yəni bir qalxan formasında maqnit qatı ilə qorunur və həmin Günəş plazmaları, həmin maqnit qatına yaxınlaşdıqda onları bir növü təlatümə gətirir, onları qıcıqlandırır və bu isə Yer kürəsində yaşayan, demək olar ki, bütün canlılara təsir edir.
Dünyanın tanınmış tibb mütəxəssisləri bildirir ki, bioloji hüceyrələrdə iş qabiliyyətində pozğunluqlar yaranır. Xüsusilə, demək olar ki, bütün xroniki xəstəliklərdə maqnit qasırğası olan zaman kəskinləşmələr baş verir. Bütün xroniki xəstəliklərdə. Xüsusilə də, şəkərli diabet, arterial hipertenziya ilə xəstə olanlar, ürək və beyin qan damar sistemi xəstələri bura istər beyin xəstəlikləri, istər ürək xəstəlikləri də aiddir. Mədə-bağırsaq sistemi xəstəlikləri zamanı, tənəffüs sistemi xəstəlikləri, xüsusilə də, bronxial astma xəstələrində mütləq maqnit qasırğası zamanı müəyyən kəskinləşmələr baş verir. Ona görə də qeyd etmək lazımdır ki, maqnit qasırğaları, ümumiyyətlə, son dövrlərdə daha tez-tez baş verir. Əvvəllər 11 ildən bir günəşdə belə təlatümlər olurdu. Son vaxtlar çox tez-tez baş verir. Buna görə də insanlara tövsiyəmiz odur ki, daim ehtiyatlı olsunlar.
Bu xəstəliklərin daşıyıcıları çalışsın evdən çölə çıxmasın...
Əntiqə Rəşid
Digər Xəbərlər

Bu ilin ilk rübündə 230 şəxsə sosial reabilitasiya xidmətləri göstərilib

570 əkiz, 33 üçəm doğulub

Valideynlər uşaqlarına qida seçimində nümunə olmalıdırlar - pediatr

Alimlər qripdən qoruya bilən saqqız yaradıblar

İndi satılan alçanı, çiyələyi, qarpızı yemək olmaz...

Körpələr üçün ən təbii qida: Ana südünün faydaları

4 gün komada qalan hamilə qadın sağlam körpə dünyaya gətirdi
