adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Mart 2024 12:14
1975
MƏDƏNİYYƏT

Aktrisa: “İnsanlar haqqıma girirlər ki…”

Aktrisa Sonaxanım Əliyeva görünüşündəki dəyişiklikdən danışıb.

Adalet.az bildirir ki, o, böyük bir çəki fərqi ilə tamaşaçıların qarşısına çıxdığını söyləyib:

“Mən 107 kq idim. Tam dörd ay ərzində 32kq çəki verdim və 75kq oldum. Çox insanlar haqqıma girir ki, mədəkiçiltmə əməliyyatı etmişəm. Amma belə deyil. Bunu deyənlərə bir söz deyim ki, mən bu əməliyyatı nə vaxt etdim? Axı demək olar ki, həftənin 5 günü efirlərdə oluram. Bu necə olur?  
Etoraf edirəm ki, həkimlərin köməkliyi ilə arıqlamışam. Yəni  qaydalı olaraq həkim tərəfindən pəhriz yazıldı, gündə 2 saatlıq yürüş edirdim və dərmanlar qəbul edirdim. Hətta bu qədər çəki verəndən onra qaraciyərimdə piylənmə də vardı, o da yoxdur indi”.

Əntiqə