“CineMastercard”da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO
“28 Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında Demyen Lyuisin kitabı əsasında İkinci Dünya müharibəsindən bəhs edən “Qeyri-Centlmen İşlər Nazirliyi” döyüş komediyasının premyeradan öncə nümayişi keçirilib.
Filmin rejissoru məşhur britaniyalı Qay Riçidir. O, aktyorları peşəkarcasına seçməyi və xarizmatik personajlar yaratmağı bacarır.
Baş rollarda: Henri Kevil, Eisa Qonsales və Alan Riçson.
Bu maraqlı hekayə real hadisələr əsasında qurulub.
Film haqqında qısaca: 1942-ci il, Böyük Britaniya. Onlar yaxşıların ən yaxşısıdırlar. Təkbaşına hərəkət etməyə öyrəşmiş macəraçılar və birinci dərəcəli mütəxəssislər. Lakin bütün dünyanın taleyi təhlükə altında olduqda onlar çox gizli bir döyüş bölməsində birləşməli və nasistlərə qarşı cəsarətli bir missiyaya başlamalıdırlar. İndi onların işi müharibədir və onlar bunu tamamilə qeyri-centlmen bir şəkildə aparacaqlar.
“CineMastercard”da keçirilən tədbirdə qonaqlar arasında şou-biznes ulduzları, jurnalistlər, bloqerlər, sahibkarlar və iri təşkilatların rəhbərləri olublar.
“Bolşoy Prazdnik” şirkətinin hərbi dekorasiyası, “ProEvents”in işıq effektləri və canlı musiqi ifası tədbirə xüsusi əhvali-ruhiyyə bəxş edib.
Tədbirin təşkilində “VOЛЬGА” kino şirkəti, “Cinema Distribution”, “Light in Black” kreativ şirkəti (foto və video), “FRYDAY Burgers & Fries” restoranı və “Чёткая Organic vodka” dəstək göstəriblər.
Tədbir filmin nümayişi ilə başa çatıb.
“CineMastercard” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
Digər Xəbərlər
27 Yanvar 2026 14:09
Əməkdar mədəniyyət işçisi vəzifəsindən azad edilib
26 Yanvar 2026 19:25
Multikulturalizm Mərkəzinin icraçı direktoru Qüds Yunan Pravoslav Patriarxı ilə görüşüb
24 Yanvar 2026 18:25
Aktrisa Məsumə Babayeva vəfat etdi
21 Yanvar 2026 12:00
Arif Babayevin qəbirüstü abidəsi hazırlanacaq
16 Yanvar 2026 13:58
“Hacıbala Bakıdakı evlərindən birini mənə versin, barışaq, yoxsa...” – Şeyx Əbdül
13 Yanvar 2026 13:01
Şəhid kəşfiyyatçı Leytenant Vüsal Muradovun xatirə gecəsi keçirilib
13 Yanvar 2026 09:12
"AĞDAM VƏ MƏN" - "Ağ Damlı Adam" - Aqil Abbas haqda portret film - VİDEO
12 Yanvar 2026 13:27


Bakı -°C

