adalet.az header logo
  • Bakı -°C
19 Noyabr 2026 12:58
70
ŞOU-BİZNES
A- A+

Aktrisa: “Məni işdən çıxmağa məcbur etdilər”

Aktrisa  Sonaxanım Əliyeva  məcbur işdən çıxarıldığını etiraf edib.

Adalet.az xəbər verir ki, o yenidən teatra qayıtmaq istədiyini deyib:

“Ömrünü teatrda keçirmiş bir adamın məcbur teatrdan ayrılması çətindir. Mənəvi əzab deməkdir. Mənə dedilər ki, özün ərizənlə işdən çıxmasan, “maddə” ilə işdən çıxarcağıq. İndi yaranmış vəziyyəti təsəvvür edin. Mənim üçün olduqca çətin idi. İndi 51 yaşım var, bundan sonra mən hansı işlə məşğul ola bilərəm ki? Əlbəttə, heç bir işlə. Axı mən aktrisayam, aktrisanın da peşəsi səhnədə rol almaqdır. Bunu da mənə çox gördülər.  

Mənim övladım səhnənin arxa pərdəsində böyüyüb. Ömrüm, cavanlığım, gəncliyim orda keçib.  Yenidən teatr səhnəsində çıxış etmək istəyirəm. Aktyor üçün teatr əvəzolunmazdır. Nə qədər serial və filmlərdə çəkilsək də, aktyorun yeri teatrdır”.

Əntiqə