adalet.az header logo
  • Bakı -°C
19 Noyabr 2026 12:56
57
DÜNYA
A- A+

“Yeni Konstitusiya referendumda rədd edilərsə, istefa verəcəyəm” - Paşinyan

Ermənistan Baş naziri Nikol Paşinyan müxalifətə yeni Konstitusiya ilə bağlı referendum keçirməyi yenidən təklif edib.

Adalet.az “Armenpress”ə istinadən xəbər verir ki, o bu barədə hökumətin bügünkü iclasında danışıb. 

N.Paşinyan təklifi səsləndirərək yeni Konstitusiya rədd ediləcəyi təqdirdə istefa verəcəyini, qəbul ediləcəyi halda isə növbəti seçkilərdə hökumət başçısı postuna namizəd olmayacağını bildirib:

“Müxalifətə təklif edirəm: gəlin referendum keçirək. Əgər xalq Konstitusiyanı rədd edərsə, istefaya yollanacağam. Yox əgər xalq “hə” desə, növbəti seçkilərdə Baş nazir postuna namizəd olmayacağam”.

Paşinyanın sözlərinə görə, dünən bu təklifi barədə parlamentdə qismən danışsa da, bu gün təklifini konkret şəkildə demək istəyib.

O, həmçinin bildirib ki, yeni Konstitusiyanın ilkin layihəsi gələn həftə dərc olunacaq.