Allah doğru yolda olanları həmişə qalib etsin - Elxan Şükürlü yazır
50 gündür mühasirədə saxlanılan, döyüş meydanında tək-tənha buraxılan, köməyinə heç bir ordunun yetmədiyi HƏMAS-ın heyrətamiz mübarizəsi və ölümün özünü qorxutmağa başlayan Qəzza əhalisinin bənzərsiz dirənişi artıq bəhrəsini verir: İsrailin Netanyahu hökuməti ardıcıl olaraq, geri addım atır!
Bütün dünya görür ki, iradəsi sınan, mübarizə əzmi tükənən HƏMAS yox, körpələri, qadın və qocaları 50 gündür raket, bomba yağışına tutmaqla əhalini qorxutmağa, Qəzzanı təslim etməyə və boşaltmağa çalışan İsrailin Netanyahu hökumətidir!
Dünənədək HƏMAS-ı “terror təşkilatı” sayaraq, onunla hər hansı təması qadağan edən, qəzzalılara təsilm olmaları üçün 24 saat vaxt verən Netanyahu hökuməti artıq, qismən də olsa, HƏMAS-ın şərtlərini qəbul etməyə başlayıb: Qətərin vasitəçiliyi ilə əldə edilən 4 günlük atəşkəs razılaşmasında HƏMAS əlindəki girovlardan 50-ni İsrail həbsxanalarında saxlanan fələstinli dustaqlardan 150-i ilə dəyişməlidir! 1 girova 3 fələstinli dustaq!
Artıq dünən dəyişmələrin bir hissəsi həyata keçirilib.
HƏMAS-ın ilk gündən istədiyi də elə bu idi: İsrail həbsxanalarında işgəncə çəkən fələstinilərin və bütövlükdə Fələstin xalqının problemlərinin beynəlxalq ictimaiyyətin diqqətinə gətirilməsi, sonda da müstəqil Fələstin Dövlətinin qurulmasına nail olunması!
Oktyabrın 7-dəki hücumu və ardınca 50 günlük misilisiz mübarizə örnəyi ilə HƏMAS ona nail oldu ki, artıq bütün dünya fələstinlilərin haqlı mübarizəsindən, İsrailin işğalından və Netanyahu hökumətinin vəhşiliyindən xəbər tutdu, müstəqil Fələstin Dövlətinin yaradılması isə artıq problemin ədalətli həllinin yeganə yolu kimi qəbul edilir!
HƏMAS və qəzzalılar bəşəriyyətə bir daha sübut etdi ki, haqlısansa, qorxaq deyilsənsə, imanlı və iradəlisənsə, savaşmaq əzmin varsa, sonda mütləq qalib gələcəksən!
Allah doğru yolda olanları həmişə qalib etsin, Ümmətimizi isə düşmənləri qarısında tək-tənha, çarəsiz qoymasın!
Digər Xəbərlər
29 Mart 2026 17:17
Ən çox zərər çəkən qanunsuz tikilən gecəqondu evlərdir - RƏSMİ
29 Mart 2026 15:42
Qloballaşma dövründə cəmiyyətin inkişafını qadınların fəaliyyəti olmadan...
29 Mart 2026 12:00
Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır - Ceyhun Bayramov
29 Mart 2026 09:30
Uitkoff İlham Əliyev barədə: “O, ölkəsini dəyişdirən xüsusi liderdir” - VİDEO
28 Mart 2026 23:43
Əraqçi Azərbaycan dilində ölkəmizə təşəkkür etdi
28 Mart 2026 13:38
“Bu gün ABŞ-İsrail tandeminin Qəzzadan, İrandan istəyi nədir?”
28 Mart 2026 11:00
“Şərqdə müharibələrin bitməsi regional layihələrin icrası anlamına gəlməyəcək...”
27 Mart 2026 18:42


Bakı -°C

