"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
"Mançester Siti" Premyer Liqanın maliyyə qaydalarını pozmaqla bağlı irəli sürülən 115 ittihamın biri istisna olmaqla, qalan hamısında təqsirli bilinib.
Adalet.az xəbər verir ki, klub barəsində tətbiq olunacaq sanksiyalar hələlik rəsmən açıqlanmayıb və mümkün bütün cəza variantları masadadır.
Veriləcək qərarlar arasında iri məbləğdə pul cərimələri, xalların silinməsi və hətta "Mançester Siti"nin Premyer Liqadan kənarlaşdırılması (ixrac olunması) kimi kəskin addımlar yer ala bilər.
"Şəhərlilər"in bu qərara etiraz edəcəyi gözlənilir. (Offsideplus.az)


Bakı -°C

