adalet.az header logo
  • Bakı -°C
25 Sentyabr 2026 13:22
57
İDMAN
A- A+

Oqundelen "Sumqayıt"da!

"Sumqayıt" klubu ingiltərəli basketbolçu Coş Oqundeleni heyətinə qatıb.

Bu barədə Adalet.az-a klubun mətbuat xidmətindən bildirilib.

25 yaşlı basketbolçu ilə ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, C.Oqundele ABŞ-nin "İova" və "Hampton" universitet komandalarında çıxış edib. 213 sm boya malik basketbolçu sonuncu kollektivdə 6,7 xal və 3,5 ribaund ortalaması ilə yadda qalıb. Oqundele 55,1% dəqiqlik göstəricisi ilə də diqqət çəkib.