Formula 1 “Sea Breeze”də keçiriləcək?
Formula 1 Azərbaycan Qran-Prisinin keçirilmə yerinin dəyişdirilərək Bakının mərkəzindən “Sea Breeze”ə köçürülməsi ideyası yenidən gündəmə gəlib.
Adalet.az xəbər verir ki, bu barədə “Sea Breeze”in sahibi, “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov “Instagram” hesabında etdiyi paylaşımda danışıb.
Onun sözlərinə görə, uzun müddətdir “Sea Breeze”də Formula 1 üçün tras tikilməsinin planlaşdırılması barədə şayiələr dolaşır: “Əslində bu, böyük hazırlıq tələb edən önəmli bir hadisədir. Bunun üçün Formula 1 memarlarını, faktiki olaraq bütün trasların layihəsini hazırlamış “Tilke” şirkəti ilə əlaqədəyik”.
E.Ağalarov bildirib ki, 2030-2031-ci illərə qədər trası ətraf infrastruktur ilə birgə inşa etmək mümkün olarsa, nəzəri olaraq Formula yarışları “Sea Breeze”ə köçürülə bilər.
Bununla belə, o bu məsələ ilə bağlı konkret razılaşmaların olmadığını diqqətə çatdırıb: “Lakin bizim ona doğru getdiyimiz bir arzumuz var. Arzu etdiyimiz hər şey reallaşıb. Ona görə də “Sea Breeze”də Formula 1 uzaqda deyil”.
İş adamı həmçinin paylaşımına vizual olaraq Formula 1 yarışının “Sea Breeze”də necə görünə biləcəyini, eləcə də özünün, sanki, yarış maşını idarə etməsini əks etdirən görüntülər də əlavə edib.
Digər Xəbərlər
24 Sentyabr 2026 10:05
Formula 2 yarışı üzrə sərbəst yürüşə start verildi
24 Sentyabr 2026 09:15
Formula 1 onuncu dəfə Bakıda: Azərbaycan Qran-Prisi başlayır
23 Sentyabr 2026 23:45
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəldi
23 Sentyabr 2026 22:21


Bakı -°C

