Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəldi
Azərbaycanın 2 boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında finala yüksəlib.
Adalet.az xəbər verir ki, yarımfinalda öz rəqiblərinə qalib gələn Sübhan Mamedov (50 kiloqram) və Nəbi İsgəndərov (70 kiloqram) həlledici döyüşə vəsiqə qazanıblar.
Finala gedən yolda uduzan Məhəmməd Abdullayev (+90 kiloqram) qitə çempionatını bürünc medalla başa vurub.
Səidcəmşid Cəfərov (75 kiloqram) isə 1/4 final görüşünü qələbə ilə başa vuraraq yarımfinala adlayıb.
Sabah Amin Məmmədzadə (55 kiloqram) yarımfinal döyüşünə çıxacaq. Avropa çempionatına sentyabrın 25-də yekun vurulacaq.
Digər Xəbərlər
05 Noyabr 2026 01:56
"Sabah" "Vikinq" səfərində məğlub oldu
04 Noyabr 2026 18:04
"Hazır və formada olan 23 futbolçunu seçdiyimizi düşünürəm" - "Sabah"ın baş məşqçisi
04 Noyabr 2026 09:10
Çempionlar Liqası: "Sabah" Norveçdə "Vikinq"lə üz-üzə gəlir
04 Noyabr 2026 07:31


Bakı -°C

