“Heç olmasa adamların öz halal pulundan özünə borc verilsin”
“Əhalinin pensiya fonduna yığılan öz pulundan özünə faizsiz kreditlərin verilməsi haqda düşünülməlidir. Bu gedişlə çox adam onsuz da pensiya yaşına çatmayacaq, barı heç olmasa öz pulunu özünə borc versələr nakam köçənlər də o vəsaitdən nigaran getməzlər. Çünki DSMF-ə yığılan o pullar pensiya yaşına çatmayıb ölənlərin ailəsinə verilmir”.
Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
“Həddən artıq yüksək faizli bank kreditlərinin yaratdığı maddi, mənəvi, psixoloji, sosial fəsadlar nəticəsində kütləvi şəkildə xərçəng və daha ağır xəstəliklər sürətlə yayılır. Bunun hamısı sabaha ümidsizlik və gündəlik stresdəndir. Heç olmasa adamların öz halal pulundan özünə borc verilsin. Bəlkə ümumiyyətlə adamlar heç pensiya yaşına qədər yaşamaq istəmir? Məcbur yaşatmaqmı lazımdır? Məncə elə bir qanun da yoxdur ki, insanı yaşamağa məcbur edəsən. Pensiya fondlarına toplanmış öz pulundan özünə borc vermək lazımdır. Qaytarması üçün də şərait yaradılmalıdır. Əgər tam qaytara bilməsə belə pensiya yaşına çatanda yerdə qalan məbləğə uyğun da ona təqaüd təyin edilər. Çünki pensiya yaşına çatmadan ömrünü sona vermiş vətəndaşların külli miqdarda fond pulunun onun ailəsinə zərrə qədər faydası yoxdursa, bu heç bir məntiqə uyğun gəlmir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Sentyabr 2026 10:10
“Əldə ediləcək əlavə gəlirlərin müəyyən hissəsinin gələcəkdə gəlir yaradacaq...”
23 Sentyabr 2026 20:38
Bu ödənişlərə 50 faiz güzəşt - Yeni qayda
23 Sentyabr 2026 10:51
“Bu, qeyri-neft sektorunun inkişafına xüsusi töhvə verəcək”
22 Sentyabr 2026 20:09
"Ölkə iqtisadiyyatının artım templəri çox da böyük deyil" - Prezident
22 Sentyabr 2026 15:55
"Yanaşmamız xammalı daha çox emal etməkdir" - Mikayıl Cabbarov
22 Sentyabr 2026 11:02
“Bunun üçün milyardlarla dollar investisiya və illər lazımdır”
21 Sentyabr 2026 07:34
Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində
18 Sentyabr 2026 16:40


Bakı -°C

