“Bu, qeyri-neft sektorunun inkişafına xüsusi töhvə verəcək”
“Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə qeyri neft-qaz sektorunun əsas prioritet sahələri üzrə vacib hədəflər qeyd olundu. Azad edilmiş ərazilərdə qızıl, mis, molibden yataqlarının istismara hazırlanması ilə bağlı konkret mexanizmlərin tətbiq olunması mədənçıxarma sənayesinin ishtehsal həcmini daha da artıracaq”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, Dövlət Proqramının qəbul olunması ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafına xüsusi töhvə verəcək:
“Proqramın icrası nəticəsində 5 mindən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur. Bu isə məşğulluğa xüsusi töhvə deməkdir. Yeni iş yerlərinin əksəriyyəti bölgələrimizin payına düşəcək. Mədənçıxarma sənayesində istehsal həcmi ilə bağlı göstəricilərə gəldikdə isə, 2025-ci ildə sözügedən sektorda 37 milyard manatlıq məhsul ishtehsal olunub. Azalma tendensiyası isə xam neft və qaz üzrə qeydə alınıb. Belə ki, bu sektor üzrə ishtehsal 2025-ci ildə əvvəlki ilə nisbətən 38.2 milyard manatdan 33.3 milyard manatadək azalıb”.
V.Bayramov metal filizlərinin hasilatının isə ötən il 2 dəfə artdığını bildirib:
“2024-cü ildə 383 milyon manatlıq metal filizləri hasil edilmişdirsə, bu göstərici 2025-ci ildə 730 milyon manatadək yüksəlib. Mədənçıxarma sənayesi sahəsinə göstərilən xidmətlərin həcmi 2025-ci ildə artaraq 2.7 milyard manata çatıb. 2024-cü ildə bu göstərici 2.5 milyard manat idi.Dövlət Proqramının icrasının bu sahə üzrə göstəriciləri əhəmiyyətli dərəcədə dəyişəcəyi gözlənilir. Belə ki, yeni Proqam nəticəsində illik 1 milyard manatdan çox əlavə dəyərin yaradılması proqnozlaşdırılır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
22 Sentyabr 2026 20:09
"Ölkə iqtisadiyyatının artım templəri çox da böyük deyil" - Prezident
22 Sentyabr 2026 15:55
"Yanaşmamız xammalı daha çox emal etməkdir" - Mikayıl Cabbarov
22 Sentyabr 2026 11:02
“Bunun üçün milyardlarla dollar investisiya və illər lazımdır”
21 Sentyabr 2026 07:34
Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində
18 Sentyabr 2026 16:40
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
18 Sentyabr 2026 11:40
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
18 Sentyabr 2026 10:26
2027-ci ilin dövlət büdcəsində 2026-cı illə müqayisədə hansı dəyişikliklər gözlənilir?
18 Sentyabr 2026 09:31


Bakı -°C

