"Vətəndaşların manata və bank sektoruna inamı artmaqda davam edir" - AMB sədri
"Valyuta bazarında - həm nağd, həm də qeyri-nağd bazarlarında təklif tələbi kəskin üstələyib. Vətəndaşların manata və o cümlədən bank sektoruna inamı artmaqda davam edir. Dollarlaşma səviyyəsi illik əsasda 3,3% bəndi azalaraq 25,2% səviyyəsinə düşüb. Bu isə tarixi minimum rəqəmdir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
"Ümumiyyətlə, 2021-ci ilin sonu ilə müqayisə etdikdə dollarlaşma səviyyəsi 15,4% azalıb. Bununla belə Mərkəzi Bankın ehtiyatları bu il 10 ayın nəticələrinə əsasən 34% artıb. Məbləğ ifadədə bu 3,9 milyard ABŞ dolları deməkdir və 15,4 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. Bu da ölkəmizin tarixi maksimum səviyyəsidir", - AMB sədri bildirib.
Digər Xəbərlər
16 Noyabr 2026 13:09
Gələn il manatın məzənnəsi necə dəyişəcək? - AMB sədri açıqladı
16 Noyabr 2026 13:07
Taleh Kazımov bankların hazırkı vəziyyətindən danışdı
16 Noyabr 2026 12:16
Gələn il bələdiyyələrə ayrılacaq dotasiyanın məbləği açıqlandı
16 Noyabr 2026 12:08
Dövlət şirkətlərinin sağlamlaşdırılması siyasəti həyata keçirilir
16 Noyabr 2026 10:47
Nazirlikdən yaşa görə muavinətlərlə bağlı yeni xəbər
16 Noyabr 2026 10:20
Nəqliyyat dəhlizləri ilə daşınmış yükün həcmi açıqlandı
14 Noyabr 2026 15:19
Saatlıq minimum əməkhaqqı tətbiq ediləcək - Maaşlar artacaq
13 Noyabr 2026 14:30


Bakı -°C

