adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Yanvar 2022 13:34
296
DÜNYA

Almaniya ABŞ-ı qıcıqlandırır

ABŞ -ın "The Wall Street Journal" qəzeti yazır ki, " hegemon dövlətlərin çəkişməsindən çətin vəziyyətdə qalan Almaniya dövlət maraqları naminə Vaşinqtonu qıcıqlandırmağa başlayıb".
  
Məqalənin müəllifi Devid Qotard Berlini etibarsız tərəfdaş adlandıraraq, yeni kansler Olaf Şmidin hakimiyyətə gəlməsindən sonra, Almaniyanın Ağ Evə qulaq asmadığını , Kiyevə silah göndərməkdən imtina etdiyini və bu işdə digər dövlətlərə kömək etmədiyini bildirir.
 
"Kəşviyyat uçuşları bir başa Almaniyanın üzərindən həyata keçirilsə də, Britaniyanın Ukraynaya silah daşıyan təyyarələri Almaniya hava məkənından yan keçməklə Kiyevə uça bilirlər. Almaniya tərəfi, bu uçuşların onların hava məkanından keçməklə həyata keçirilməsi ilə bağlı onlara müraciət olunmadığını bildirsə də, Britaniya yeni kansler Olaf Şolstun bu uçuşlara razılıq verəcəyinə əmin olmadıqları üçün, Almaniyanın hava məkanı xaricindən uçuşlar keçirir"- deyə Qotard əminliklə vurğulayır.
  
Almaniyanın ABŞ-la "Şimal axını-2" layihəsi ilə bağlı da sözləri düz gəlmir. Rəsmi Vaşinqton əmindir ki, "hücumla" əlaqədar qaz ötürmələrini dayandırmaq lazımdır, Şolst isə, siyasi oyunlarla, iqtisadi məsələləri ayrıd etməyi tövsiyyə edir.
 
"Şimal axını-2" layihəsinin dayandırılmasını tələb edən ABŞ -a, Olaf Şolstun müdafiə naziri cavab verib ki, "Biz Şimal axını-2 kəmərini bu münaqişəyə qatmamalıyıq". Almaniyanın xarici işlər naziri Annalena Berbok bu kəmərin əleyhinə olsa da, o, nazirlər kabinetundə yalnız bir səsə malikdir. Şolst isə 

"Putinlə münasibətlərə yeni mərhələnin başlanması nöqteyi nəzərdən yanaşmalıyıq" deyə çağrış edir"-deyə Qotard yazır.
  
Aımaniyanın yeni hakimiyyəti eyni zamanda Pekinlə də, aktiv əməkdaşlığa başlayıb. "Şolst yəqin ki, Çinə ixrac etdiyi məhsulun nəyin bahasına olursa-olsun  150 milyard dollar çərçivəsində saxlamağa cəhd edir"- deyə müəllif davam edir. 
  
Bir sözlə, rəsmi Berlinin maraqları çərçivəsində addım atması, yəqin ki, ABŞ-ı qıcıqlandırır.

Rüstəm Hacıyev