"Bu, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı" - İlham Əliyev
Altı il əvvəl Azərbaycanın qazandığı, ümumi fəxr və qürur mənbəyimiz olan Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu.
Adalet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciətində bildirilib.
“Bu Zəfər, eyni zamanda, ölkələrimizi iqtisadi, logistik və strateji cəhətdən bir-birinə bağlayan tarixi bir qapının – Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı. Fürsətdən istifadə edərək, işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasında və bərpasında göstərdikləri dəstəyə görə təmsil etdiyiniz ölkələrə təşəkkürümü bildirirəm. Bu təşəbbüslər Azərbaycan xalqı tərəfindən dərin rəğbət və minnətdarlıq hissi ilə qarşılanır”, - müraciətdə deyilir.
Digər Xəbərlər
17 Sentyabr 2026 11:57
Prezident bu ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
17 Sentyabr 2026 11:17
Azərbaycanla Qırğızıstan arasında bu daşımalar icazəsiz olacaq
17 Sentyabr 2026 10:59
“Qarabağda yeni reallıqların diplomatlar qarşısında nümayiş etdirilməsi...”
17 Sentyabr 2026 10:53
Prezidentdən toplantı iştirakçılarına - Müraciət
17 Sentyabr 2026 10:43
Azərbaycana bədəlli əsgər sistemi lazım deyil - Politoloq
17 Sentyabr 2026 09:54
”Azərbaycan islam həmrəyliyi üçün effektiv dialoq imkanı yaradır”
17 Sentyabr 2026 09:46
Hikmət Hacıyev: Revanşist qüvvələr sülh prosesini pozmağa çalışırlar
16 Sentyabr 2026 22:00


Bakı -°C

