Azərbaycana bədəlli əsgər sistemi lazım deyil - Politoloq
“Azərbaycan ordusu döyüş qabiliyyətinə və hazırlıq səviyyəsinə görə Cənubi Qafqazda birinci yerdə dünyanda ilk sıralardadı. Azərbaycan öz silahlı qüvvələrini Türkiyə kimi komanda briqadaları yaradaraq gücləndirir. Dünyanın siyasi nizamı yenidən qurulur və təhlükəsizlik riskləri artır. Bu gün dövlətlərin suverenliyi və təhlükəsizliyi təhdid edilir. Artıq sabitlik dövrü arxada qaldı. Hər bir dövlət güclü və nizami orduya malik olmalıdır.Dünyada yeni münaqişə ocaqları yaranır. Azərbaycan riskli regionda yerləşir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, ona görə də Azərbaycan ordusu daima döyüşə hazır və güclü şəkildə müasir döyüş əməliyyatlarını uğurla həyata keçirən ordu qurub:
“Azərbaycanda bədəlli əsgərlik sistemini tətbiq etmək yanlışdır. Artıq Avropa silahlanır və güclü ordu yaradır. Bizim dünayanın istənilən güclü ölkəsi ilə döyüşən ordumuz var. Azərbaycanda hərbi çağırış sistemi qüvvədə qalması təhlükəsizlik maraqlarımıza cavab verir. Almaniya və digər Avropa ölkələri çağırış sistemini tətbiq edirlər. Bizdə bəziləri durub deyir ki, çağış sistemini ləğv edək. Əsgərlər gəlib, hərbi hissədə bilyard oynasın. Gürcüstan hakimiyyəti Rusiyanın maraqlarını təmin edir. Öz ərazilərini işğaldan azad etməyəcəyinə görə M.Saakaşvilinin qurduğu peşəkar ordunu ləğv etdi. Gürcüstan regionda zəif və hərbi gücü olmayan bir ölkədir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
12 Noyabr 2026 00:11
Prezidentin sosial media hesablarında paylaşım edildi - FOTO
11 Noyabr 2026 20:02
Azərbaycanın yerləşdiyi coğrafiya... - Səxavət Məmməd yazır
11 Noyabr 2026 19:35
Kəmaləddin Heydərov Polşanın Azərbaycandakı Səfirliyində olub - VİDEO
11 Noyabr 2026 18:15
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTOLAR
11 Noyabr 2026 17:54
Ramil Usubov MDB ölkələrinin təhlükəsizlik şuraları katiblərinin görüşündə iştirak etdi
11 Noyabr 2026 17:25
İlham Əliyev COP31 Liderlər Sammitində - YENİLƏNİB + FOTOLAR
11 Noyabr 2026 15:07
Əliyevlə Ərdoğanın səmimi anları - FOTOLAR
11 Noyabr 2026 14:52


Bakı -°C

